Əhmədinejat Azərbaycanı təcrübə meydanı seçdi
2 Noyabr 2012 19:25 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejat Şərqi Azərbaycan vilayətində yüzlərlə insanın ölümü ilə nəticələnən zəlzələnin nəticələrinin aradan qaldırılması işində əldə edilən təcrübənin yayılmasını istəyir.
Prezident zəlzələ bölgəsinə səfərdən sonra verdiyi açıqlamada bu təcrübənin sənədlər şəklində hazırlanmasını və gələcəkdə baş verə biləcək hadisələr zamanı bu təcrübələrdən istifadəni vacib hesab edib.
Məlumat üçün bildirək ki, Əhmədinejatın zəlzələ bölgəsinə səfəri havaların soyuq keçməsi səbəbindən bir dəfə təxirə salınmışdı. Bu dəfə isə prezident 4 min evin zəlzələdən zərərəçəkənlərə ayrılması ilə bağlı keçirilən tədbirdə iştirak edib.
Qeyd edək ki, bu günlərdə zəlzələ bölgəsində çadırda yaşayan ailənin 2 yaşlı qızının soyuqdan öldüyü barədə məlumat yayılıb.
Alpər Oğuz
AzNews.az