Vaxtı ötmüş kolbasa və sosiska satanlar tutuldu - FOTO

9 Yanvar 2016 17:31 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - "Al-Sana" MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş "Fitnes" kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.

Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.