“Mazda“ 374 min avtomobilini geri çağırır
9 Yanvar 2016 17:52 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, buna səbəb avtomobillərdə yerləşdirilən təhlükəsizlik yastığında nasazlığın olmasıdır. Təhlükəsizlik yastıqları "Takata" şirkəti tərəfindən istehsal olunub.
Bildirlir ki, geri çağrılan avtomobillərin mütləq əksəriyyəti 2003-2008-ci illərin istehsalı olan "Mazda 6" modeli, 2006-2007-ci ilin istehsalı olan "Mazda Speed 6" və 2004-cü ilin istehsalı olan "RX-8" modellərinə aiddir.