Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti haqda - Bəyanat

9 Yanvar 2016 21:48 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bəyanatda qeyd olunur ki, dünyanın ən güclü diasporlarının da fəaliyyətində nöqsanlar, çatışmazlıqlar, fikir ayrılıqları olur və bütün bunları normal qarşılamaq lazımdır.

Diaspor canlı bir orqanizmdir, öz ətrafında yüz minlərlə insanı birləşdirir. Hər bir insanın dünyagörüşü, hadisə və proseslərə baxışı individual xarakter daşıyır. Bu baxımdan diaspor təşkilatlarınını müxtəlif məsələlərə yanaşmasında fərqliliklərin olması təbiidir.

Bəzi hallarda, əksinə, bu cür fərqliliklər daha optimal həll yollarının tapılmasına imkan yaradır, diaspor təşkilatları arasında Azərbaycana daha yaxşı xidmət etmək uğrunda səmərəli rəqabət mühiti formalaşdırır".

Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb.

Bəyanatda qeyd olunur: "Yoxlanılmamış yazılar diaspor işinə könüllü olaraq qoşulmuş, öz doğma Vətəninə səmimiyyətlə xidmət etməyə çalışan minlərlə soydaşımızın bu günə qədər Azərbaycan üçün göstərdiyi təmənnasız xidmətlərə kölgə salır".