Türkiyə təkzib etdi - “Bu məlumat həqiqətə uyğun deyil“

10 Yanvar 2016 00:12 (UTC+04:00)

Bunu ölkənin Avropa İttifaqı işləri naziri Volkan Bozkır deyib.

"Biz çalışırıq ki, vətəndaşlarımız 2016-ci ilin oktyabr ayından Şengen zonası ölkələrinə vizasız səfər edə bilsinlər və bu istiqamətdə də işi davam etdiririk. Bu məlumat həqiqətə uyğun deyil. Səlahiyyətli orqanlarının bəyanatlarına etibar etmək lazımdır", deyə Bozkır bildirib.

Qeyd edək ki, daha öncə Türkiyənin bir sıra KİV-ləri məlumat yaymışdılar ki, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Trend