Səudiyyə səfirliyinə hücuma görə - Qubernator müavini vəzifəsindən qovuldu

10 Yanvar 2016 09:53 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran DİN-nin nümayəndəsi Hüseyn Əli Əmiri bildirib ki, Tehranın general-qubernator müavini Səfər Əli Baratlı səlahiyyətlərini vaxtında icra etmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.

Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün digər müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.

Əli Əmiri hücumlarla əlaqədar 60-dək şəxsin şübhəli şəxs qismində saxlanıldığını və istintaqın başlandığını bildirib.