Dəm qazı 33 yaşlı qadının həyatına son qoydu

10 Yanvar 2016 10:08 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.