226 kq Türkiyə mandarini məhv edildi - Rusiyada

10 Yanvar 2016 14:37 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatına nəzarət xidməti məlumat yayıb.

Xidmətin əməkdaşları yanvarın 8-də FTX ilə birlikdə Jeleznovodsk şəhərində keçirilən reydlər zamanı dükanların birində qadağan olunmuş Türkiyə mandarinlərini aşkarlayıblar.

"Qutunun üzərində qablaşdırma tarixi 04 нфтмфк 2016-cı il kimi, çatdırılma tarixi isə 05 yanvar 2016-cı il kimi göstərilib. Lakin məlumdur ki, 01 yanvar 2016-cı il tarixdən məhsulun bu növü Rusiya Federasiyasının ərazisinə idxalı qadağandır", - qurumda izah ediblər.

226 kiloqramm çəkisi olan mandarinlər satışdan çıxarılıb və Mineralnıye Vodı şəhərində poliqonda "xüsusi avadanlığın istifadəsi ilə" məhv edilib.