Ermənistanda beş nəfər - “Donuz qripi”ndən öldü

10 Yanvar 2016 17:05 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.

Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.

Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, "donuz qripi"ndən beşinci ölüm faktıdır.