Rusiyanın qorxulu planı - Qitələrarası ballistik raketləri fəallaşdırır

10 Yanvar 2016 20:22 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə strateji təyinatlı raket qoşunlarının təmsilçisi mayor Dmitri Andreyev bildirib.

Dmitri Andreyevin verdiyi məlumata görə, 2016-cı ildə qitələr arası ballistik raketlərin sınaq buraxılışı iki dəfə artıq gerçəkləşdiriləcək. 2015-ci ildə STRQ tərəfindən 8 sınaq buraxılışı həyata keçirilib. 2016-cı ilə isə 16 buraxılış planlaşdırılıb.

Buraxılış zamanı perspektiv silah nümunələrinin uçuş sınağı nəzarədə tutulur. Sınaq nəticəsində orduya qəbul edilmiş raket komplekslərinin texniki hazırldığına nəzarət gerçəkləşdiriləcək.

Rusiyanın strateji təyinatlı raket qoşunları sonuncu dəfə sınaq buraxılışını 2015-ci ilin dekabr ayında həyata keçiriblər. Onda Kapustin Yar poliqonundan "Topol" qitələrarası ballistik raketi buraxılıb. Raketin tədris başlığı Qazaxıstanın Sarı-Şaqan poliqonundakı şərti hədəfi vurmuşdu. Noyabr ayında da həmin poliqonda "Topol" qitələrarası ballistik raketin sınağı yerinə yetirilmişdi.

Rusiyanın bu sınaqları əslində bu ölkənin əhalisi üçün də təhlükəlidir. Məsələn, 2015-ci il aprel ayında Plesetsk poliqonundan buraxılmış belə raketlərdən biri trayektoriyadan çıxaraq Arxangelsk vilayətində bir kəndə düşmüşdü. Rusiya hərbçiləri Xolmoqorsk rayonunun Zabolotye kəndinə düşmüş həmin raketin hərbi məqsəd daşımadığını iddia edirlər.

Amma təcrübə göstərir ki, Rusiyanın hərbi raketləri də bu cür trayektoriyadan çıxa bilirlər. Məsələn, 2015-ci ilin oktyabr ayında Xəzərdən Rusiyanın Suriyaya raket zərbələri endirməsi zamanı da belə hala rast gəlinmişdi. Raket zərbələri oktyabrın 7-də Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən həyata keçirilmişdi və Suriya müxalifətinin 11 hədəfinə 26 raket buraxılmışdı. Lakin Yaxın Şərq KİV-lərinin yazdığına raketlərin çoxu hədəfə gedib çıxmamışdı.

Hərbi ekspertlərin sözlərinə görə, buraxılanlar 1970-ci illərin istehsalı olan raketlər olu, yanacağı köhnəlib. 1800 kilometr uçmalı raketlər 1000 kilometrdə yerə düşüblər. Onların elektron istiqamətləndiriciləri də köhnəlib.

Həmin vaxt dünya mətbuatında Rusiya gəmilərindən buraxılmış 4 raketin İranın Qərbi Azərbaycan ostanına düşməsi barədə xəbərlər yayılmışdı. Lakin rəsmi Tehran bu barədə susmuşdu.