“Paqonumu cırdın, dövləti təhqir elədin“ - Yol polisi sürücünü şərlədi + Video

10 Yanvar 2016 20:41 (UTC+04:00)

AzNews.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, videonun dəqiq tarixi məlum olmasa da, baş verənlər aydın görünür və səlist eşidilir. Videoda sürət həddini aşmağa görə saxlanılan sürücü yol polisindən sübut tələb edir. Yol polisi isə onunla razılaşmır və protokol yazır. Sürücünün bütün cəhdlərinə baxmayaraq yol polisi öz bildiyini edir.

Nəhayət, sürücünün haqlı iradları qarşısında aciz qalan yol polisi əməkdaşı onu şərləyir: "Dövləti təhqir edirsən, söyüş söyürsən, paqonumu cırdın, gör sənin başına nə oyun açacam" deyib əl-ayağa düşən yol polisinin hərəkətləri anlaşılmazdır. Çünki videoda hər şey aydındır və sürücü polisi və dövləti təhqir edib söyüş söymədi. Üstəlik, polisin paqonununu da cıran olmayıb.

Çox təəssüflər olsun ki, bəzən yol polisi sıralarında belə əməkdaşlara rast gəlinir və vicdanlı əməkdaşların fəaliyyətinə kölgə salır. Ümid edirik ki, bu əməkdaş artıq yol polisi sıralarında çalışmır.