Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyəyə aparıldı – “Donuz qripi” şübhəsi

11 Yanvar 2016 11:43 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrip infeksiyasına yoluxduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilən Sevil Talıbovanın vəziyyəti ağırlaşıb. Talıbovanın "donuz qripi"nə yoluxduğundan şübhələnən Naxçıvan səlahiyyətliləri Türkiyə Səhiyyə Nazirliyindən kömək istəyib.

Bundan sonra həm də diabet xəstəsi olan 55 yaşlı xanım Türkiyənin İbn Sina Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən açıqlamaya görə, S.Talıbova ağciyərində problem olduğu üçün müşahidə altına alınıb. Hazırda müalicəsi davam etdirilən S.Talıbovanın vəziyyətinin yaxşı olduğu bildirilir.

Vasif Talıbov, uşaqları və yaxınları da Sevil Talıbovanın Türkiyəyə aparılmasından sonra başqa bir xüsusi təyyarə ilə Ankaraya gedib.



Sevinc YASİNQIZI