Şoumen Bəyaz PKK-nın təbliğatını aparır - Şok ittiham

11 Yanvar 2016 13:44 (UTC+04:00)

Məlumata görə, bu barədə prokurorluğun rəsmi açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, "Kanal D" televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən "Beyaz Show" proqramında terror təşkilatının təbliğatının aparıldığı iddiası ilə əlaqədar təhqiqata başlanıb: "Proqramın videoyazısı araşdırılır. Proqrama məsul olan şəxs, aparıcı və canlı yayına çıxan şəxs də aparılan araşdırmaya daxildir".

Qeyd edək ki, "Beyaz Show"ya canlı telefon bağlantısı ilə qoşulan və özünü "Aişə müəllimə" kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb. Sosial və ənənəvi mediada etirazlar başladıqdan sonra Bəyaz "Kanal D"nin efirində üzr istəyib: "Mən polis övladıyam. Ailədə vətənimizə, millətimizə, bayrağımıza bağlılıq duyğuları ilə böyüdük. Məndən belə bir şey necə gözləyə bilərlər? Qadın "burada uşaqlar ölür, bunun fərqindəsinizmi?" dedikdən sonra beynim dayandı. Belə çıxdı ki, orada uşaqlar ölür, biz isə burada əylənirik. Konsentrasiyamı itirdim. Həmin an öz daxili səsimi dinləyirdim və telefonda danışan qadını dinləyə bilmədim. "Hər zaman həssas olacağıq, daha diqqətli olmağa çalışacağıq, təşəkkür edirəm, alqışlar" dedim. Müəllimə olduğunu söylədi, mən də bizim təhsil sistemimizdə çalışan müəllimə olduğunu düşündüm. Lakin Təhsil Nazirliyi belə bir müəllimənin olmadığın açıqladı. İstəmədən bəzilərini üzmüşüksə və incitmişiksə, üzr istəyirəm".

APA.az