İran bazara yeni növ neft çıxarır - Mart ayından

11 Yanvar 2016 14:07 (UTC+04:00)

AzNews.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, İran sözügedən neftin satışına 2016-cı ilin mart və ya aprel ayından başlayacaq. "National Iranian Oil Co." dövlət neft şirkərindən verilən məlumata görə, neft satışı İraqla sərhəd yaxınlığındakı – Qərbi Karundakı neft yataqlarında hasilatın artması ilə bağlıdır. Yadavaran, Şimal və Cənub Azadeqan yataqlarından çıxarılan neftin qarışığından ibarət olacaq yeni növün sıxlığı "Soroosh" və "Nowrooz" markalarından az, lakin "İran Heavy" qarışımından daha yüksək olacaq.

Yeni növ neftə hələki ad verilməyib. Yeni neft sortu üçün əsas bazar Asiya ölkələri olacaq. İlk alış üçün uyğun həcm göstərilməyib. Yeni növə İspaniyanın neft emalı zavodu tərəfindən də maraq göstəriləcəyi gözlənilir.

Aydan AXUNDOVA