Universitet tələbənin intihar səbəblərinə aydınlıq gətirdi

11 Yanvar 2016 14:13 (UTC+04:00)

BunuSumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, yanvarın 9-da "Ana dili" fənnindən keçirilən imtahanda R.Qasımova ən aşağı - 12 bal toplayıb: "Lakin bu, hələ son demək deyildi. Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır".

Trend.az