İspaniyada kral bacısının məhkəməsi başladı - Tarixi fırıldaqçılıq

11 Yanvar 2016 14:16 (UTC+04:00)


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, məhkəmə Palma-de-Mayorka şəhərində dövlət administrasiyasının məktəb binasında keçirilir. İspaniya tarixinin ən səs-küylü məhkəmə prosesində kralın bacısından əlavə daha 17 nəfərin işi aparılır. Maliyyə fırıldağında ititham olunan Kristina məhkəməyə əri İnyakı Urdanqarinlə gəlib. Məhkəmənin bu il, iyunun 30-da qərar çıxaracağı gözlənilir.

Qeyd edək ki, kralın bacısının əri İnyaki Urdanqarina 5,8 milyon avro vəsaiti mənimsəməkdə, vergidən yayınmaqda və yalan ifadə verməkdə ittiham olunur. İstintaq Kristinanın da 2007 və 2009-cu ildə ərinə iki vergi cinayətində yardım etdiyini bildirir. Prosesi işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 590 jurnalist akkreditasiyadan keçib.

Aydan AXUNDOVA