Mikayıl Cabbarov qalmaqallı şöbə müdirini vəzifədən azad etdi

11 Yanvar 2016 14:39 (UTC+04:00)

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

Qeyd edək ki, ek-nazir Misir Mərdanovun vaxtından nazirlikdə çalışan Fərzəli Qədirovun adı dəfələrlə qalmaqallarda hallandırılıb.

Trend.az