Tələbənin intihar faktı ilə bağlı cinayət işi açıldı

11 Yanvar 2016 14:47 (UTC+04:00)

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi R.Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

İntiharın səbəbləri ilə bağlı daha öncə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, R.Qasımovanın imtahan kəsiri ilə bağlı intihar etməsi həqiqətdən uzaq görünür: "Yanvarın 9-da "Ana dili" fənnindən keçirilən imtahanda Rumiyyə Qasımova ən aşağı - 12 bal toplayıb: "Lakin bu, hələ son demək deyildi. Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır".

Faktla bağlı araşdırma aparılır.

Trend.az