Almaniya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir

3 Noyabr 2012 05:59 (UTC+04:00)
Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Rayner Morel bu ölkənin müdafiə naziri Seyran Ohanyanla görüşüb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir Morel bildirib ki, Almaniya Ermənistanla hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır və müdafiə sahəsində əlaqələrin genişləndirilməsini istəyir.

Sadiq Musa
AzNews.az