Dövriyyədə olan nağd pulların həcmi ikiqat azaldı - Azərbaycanda

11 Yanvar 2016 15:53 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, təkcə noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 mln. manat və ya 4,28% azalıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Ümumiyyətlə, 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulların həcmi 5 396,3 mln. manat və ya 1,94 dəfə azalıb.

APA.az