Füzulidə faciə - Boğazındakı yaylıq 12 yaşlı uşağı boğdu

11 Yanvar 2016 23:31 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, 12 yaşlı Ağayev Qara İsmiəli oğlu boğularaq ölüb. Buna səbəb uşağın boğazına yaylıq bağlayaraq oynamağı olub.

Belə ki, iki mərtəbəli çarpayının üzərində oynayan uşaq qəflətən yıxılıb və boğazındakı yaylıq taxtaya ilişərək onu boğub.

Qara Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.