“Qızıl top“un sahibi bəlli oldu

11 Yanvar 2016 23:38 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, qalibin adı İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirdiyi sorğunun qalibi "Barselona"lı Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə mükafata sahib çıxıb. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.



Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Kişilər arasında ilin ən yaxşı futbolçusu:

Lionel Messi ("Barselona", Argentina yığması)

Qadınlar arasında ilin ən yaxşı futbolçusu:

Karli Lloyd ("Hyuston", ABŞ yığması)

Kişilər arasında ilin ən yaxşı məşqçisi:

Luis Enrike ("Barselona")

Qadınlar arasında ilin ən yaxşı məşqçisi:

Cil Ellis (ABŞ yığması)

İlin ən yaxşı qolu:

Vendell ("Atletiko Qoyanense"), "Qoyanezi"nin qapısına

Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo

"Fair-Play" mükafatı:

Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)



Ötən il "Qızıl Top"un qalibi Kriştianu Ronaldo olub. 2008-ci ildən sonra "Qızıl Top"u Lionel Messi ilə Ronaldu qazanıb. Messi 4, Ronaldu isə 3 dəfə qalib gəlib.

1997 - Ronaldo (Braziliya, "İnter")
1998 - Zinəddin Zidan (Fransa, "Yuventus")
1999 - Rivaldo (Braziliya, "Barselona")
2000 - Luiş Fiqo (Portuqal, "Real")
2001 - Maykl Ouen (İngiltərə, "Liverpul")
2002 - Ronaldo (Braziliya, "İnter" / "Real")
2003 - Pavel Nedved (Çexiya, "Yuventus")
2004 - Andrey Şevçenko (Ukrayna, "Milan")
2005 - Ronaldinyo (Braziliya, "Barselona")
2006 - Fabio Kannavaro (İtaliya, "Real")
2007 - Kaka (Braziliya, "Milan")
2008 - Kriştiano Ronaldo (Portuqal, "Mançester Yunayted")
2009 - Lionel Messi (Argentina, "Barselona")
2010 - Lionel Messi (Argentina, "Barselona")
2011 - Lionel Messi (Argentina, "Barselona")
2012 - Lionel Messi (Argentina, "Barselona")
2013 - Kriştiano Ronaldo (Portuqaliya, "Real" M)
2014 - Kriştiano Ronaldo (Portuqaliya, "Real" M)