Saakaşvili yeni hökumətlə qarşıdurmada

3 Noyabr 2012 06:43 (UTC+04:00)
Gürcüstanda prezident seçkilərinin vaxtı ilə bağlı qalmaqal yaranıb. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Bidzin İvanişvili və onun tərəfdarları prezident seçkilərinin yanvarda keçirilməsini isytəyirlər.

Prezident Saakaşvilnin mətbuat katibi Manana Mandjqaladce isə məsələyə aydınlıq gətirib və bildirib ki, ölkə konstitusiyasına əsasən Gürcüstanda prezident seçkiləri 2013-cü ilin oktyabrında keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərindən sonra ikitirəlilik yaranıb. Belə ki, yeni hökumət prezidentlə qarşıdurma səviyyəsindədir.

Sadiq Musa
AzNews.az