Ermənistanda “donuz qripi”nə yoluxanların sayı 170-ə çatdı – Rəsmi açıqlama
12 Yanvar 2016 11:00 (UTC+04:00)
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirinin müavini Vaan Poqosyan məlumat verib. Məlumata görə, virusa yoluxanlardan 4 nəfərin vəziyyəti ağırdır. Onlar reanimasiyaya alınıblar.
Həmçinin, 2015-ci ilin sonu – 2016-cı ilin əvvəllərində Ermənistanda 6 nəfərin H1N1 virusundan ölməsi qeydə alınıb.
V. Poqosyanın sözlərinə görə, Ermənistanda hazırda 855 kəskin respirator virus infeksiyasına yoluxma halı qeydə alınıb. Onlardan 101 nəfəri hamilə qadın (37-sinin vəziyyəti yüngü və ya orta ağırdır), 672 nəfəri isə uşaqdır.
Aydan AXUNDOVA