Bakıda hamını qorxuya salan oğruların – Videogörüntüləri

12 Yanvar 2016 12:15 (UTC+04:00)

Ötən gün bir xanımın sosial şəbəkədə qırmızı gödəkçəli oğlanın əlində tərəfində gül buketi ilə qapıları döyərək onlardan qapını açmağı tələb etdiyini söyləmişdi. O, qapını açmadığını və binanın mühafizəçisini çağırdığını deyib. Bundan sonra isə həmin şəxs dərhal aşağı düşərək qaçıb.

Həmin şəxsin bu əməlini davam etdirdiyi məlumdur. Çünki o bundan sonra da əlində gül buketi ilə mənzillərin qapısını döyür və onlara gül sifariş edildiyini deyir.



Oxuculardan birinin göndərdiyi digər bir videoda isə oğurluq hadisəsi lentə alınıb. Bakının Binəqədi qəsəbəsində əlillər üçün inşa edilən binada lentə alınan görüntülərdə oğruların üzləri açıq şəkildə görünür. Onlar ilk növbədə mənzilin qapısını döyürlər və evdə kiminsə olub-olmadığını yoxlayırlar. Evdə heç kimin olmadığını dəqiqləşdirəndən sonra isə evə olub içəridəki əşyaları oğurlayıblar.

Həmin oğruların ətraf ərzilərdə də bir sıra soyğunlar törətdikləri güman edilir. Artıq Binəqədi Rayon Polis Şöbəsi faktla balı araşdırmalara başlayıb.

Baş verən oğurluq hadisəsi anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik.



Azxeber.az