OPEC-də xüsusi iclas – Neftin ucuzlaşmasına görə

12 Yanvar 2016 12:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb. Məlumata görə, iclasın bu il, mart ayının əvvəllərində keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu gün WTI markalı Texas neftinin qiyməti tarixi minimum yaşayıb. Belə ki, neftin dəyəri 31,41 dollar həddinə çatmaqla 2003-cü ilin dekabrından etibarən ilk dəfə ən aşağı səviyyəyə düşüb. Eyni zamanda Brent markalı neftin bir barelinin qiyməti 31 dollardan aşağı enib.

Aydan AXUNDOVA