“İrəvanda xal qalmadı” - Premyera

12 Yanvar 2016 14:42 (UTC+04:00)


Bu barədə AzNews.az-a teatrın direktoru İftixar Piriyev məlumat verib. Yanvarın 26-da Akademik Milli Dram Teatrında təqdim olunacaq tamaşanın rejissoru Nicat Qəribdir. Direktor qeyd edib ki, yanvarın 18-də 20 Yanvar hadisəsi ilə əlaqədar Müəllimləri Təkmilləşdirmə İnstitutunda tamaşa oynanılacaq: "Köhnə ilin borcunu yekunlaşdırmışıq. Artıq yeni tamaşaların hazırlığına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi bu il bizə iki əsəri hazırlamağı həvalə edib".

İ.Piriyev nazirliyin sifarişi əsasında hazırlanan tamaşaların adlarını da açıqlayıb. Bunlardan biri A.Çexovun "Ayı", ikincisi isə N.Hikmətin "bayramın ilk günü"dür.

Bahar
AzNews.az