Ərdoğandan terror açıqlaması: “Suriyalı törədib”

12 Yanvar 2016 15:53 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə başçısı partlayışı həyata keçirən "canlı bomba"nın Suriya vətəndaşı olduğunu bildirib. "Suriya mənşəli "canlı bomba" tərəfindən həyata keçirilən hücumu kədərlə qınayıram. Bu terror aktında 10-a qədər itkimiz var. Onların yerli və ya xarici olduğu açıqlanacaq. Partlayışda vəfat edənlərə rəhmət, yaralılara təcili şəfa diləyirəm".

Aydan AXUNDOVA