Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirildi

12 Yanvar 2016 19:01 (UTC+04:00)

Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.