Hamilə qadın oğlanlar tərəfindən döyüldü - Bakıda

12 Yanvar 2016 19:48 (UTC+04:00)

AzNews.az criminal.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksinin həyətində baş verib.

Kompleksin həyətində içərisində rəfiqələri ilə birgə olan xanım sürücü başqa bir maşının sürücüsü ilə bir-birinə yol verməmək üstündə mübahisə ediblər. Maşından düşən oğlanlar xanımlarla davaya başlayıblar. Bu zaman onlar həmin xanımlardan birini zərbə ilə yerə yıxıblar, sonra isə təpikləyiblər. Yaxınlıqdakı insanlar döyülən xanımı maşına əyləşdirərək su veriblər. Həmin xanımın hamilə olduğu deyilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, onlar qızı döyüb ürəkləri soyuyandan sonra maşına minərək aradan çıxıblar.

Zərərçəkmiş xanımın rəfiqəsinin sözlərinə görə, həmin oğlanlar qaçarkən bir neçə maşını da əziblər.

Daha sonra xanımlar izahat vermək üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə yollanıblar.