Şirvan sakini narkotik vasitədən zəhərləndi

12 Yanvar 2016 20:21 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Səfərov Rauf Rafiq oğlu narkotik vasitədən zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

R. Səfərov xəstəxanaya təzyiqi düşmüş, hipoksiya vəziyyətində daxil olub.

Təcili və təxirəsalınmaz tədbirlər görüldükdən sonra onun həyatını xilas etmək olub.