7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü - Cəlilabadda

12 Yanvar 2016 20:55 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 12-də rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə artıq gec olub.

Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi idi.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.