Maraqlı oğurluq hadisəsi - Görüntülər anbaan kameralarda

12 Yanvar 2016 23:28 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, gənc bir oğlan zoomağazaya daxil olaraq, orada ilanlar saxlanan qəfəsdən piton ilanını oğurlayıb. İlanı şalvarında gizlədən oğru aradan çıxmağa müəssər olub. Həmin pitonun qiymətinin 200 dollar civarında olduğu bildirilir. Polis artıq oğrunun axtarışlarına başlayıb.

Görüntüləri anbaan təhlükəsizlik kameralarına düşən oğurluq hadisəsinin videosu internetdə sürətlə yayılıb.