Moskvanı qazsız qoydular
3 Noyabr 2012 07:28 (UTC+04:00)
Bu gecə saat 4:50 radələrində Moskva vilayətinin Şelkovsk rayonunda diametri 1000 mm olan yüksək təzyiqli qaz kəmərində partlayış baş verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayışdan sonra yanğın başlayıb, alovun hündürlüyü 10 metrə çatıb.
Ətrafdakı 10 bağ evi yanıb. Hazırda yanğın lokallaşdırılıb. Moskva şəhərinə ehtiyat qaz kəməri ilə qaz ötürülür. Balaşixa, Monino və Çernoe rayonlarının isə təbii qazla təchizatını hələ bərpa etmək mümkün olmayıb.
AzNews.az