Metroda intihar – Qatar gənc oğlanın üstündən keçdi (Yenilənib 3)

13 Yanvar 2016 11:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Əhmədli metrostansiyasında olub.

Hadisə şahidlərinin məlumatına görə, gənc oğlan özünü qatarın altına atıb. Sərnişinlər metrodan çıxarılıb, qatarların hərəkəti dayandırılıb.

***
11:45


Məlumata görə,gənc oğlanın meyiti artıq qatarın altından çıxarılıb. hadisənin baş vermə səbəbləri araşdırılır.

***
11:48


Hadisə şahidlərinin sözlərinə görə, oğlan intihar məqsədilə özünü qatarın önünə atıb. Bu zaman qatarın ön şüşəsinə çırpılıb. Daha sonra isə relslərin arasına düşüb və qatar gəncin üzərindən keçib.

***
11:56


Özünü intihar məqsədilə qatarın altına atan şəxsin kimliyi müəyyənləşib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, həmin şəxs 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.

Onun intihar səbəbləri araşdırılır.

N.Paşayev bildirib ki, artıq qatarların hərəkəti bərpa olunub.