Hava kəskin soyuyacaq, qar yağacaq - Xəbərdarlıq

13 Yanvar 2016 12:38 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.