Türkiyədə İŞİD əməliyyatı – 3 rus həbs edildi

13 Yanvar 2016 12:46 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya vətəndaşları Türkiyənin hüquq mühafizə orqanları tərəfindən Antalyada saxlanılıblar. Onların qaldıqları evdə axtarış aparılıb. Axtarışlar zamanı evdən bir çox disk və İŞİD-lə bağlı olan sənədlər tapılıb.

Xatırladaq ki, Ankarada da xüsusi əməliyyat zamanı 16 nəfər, o cümlədən 15 suriyalı İŞİD-lə əlaqəsi olduğu üçün tutulmuşdu.

Sevinc YASİNQIZI