Ermənistanda 1 gündə 2 ölüm faktı – “Donuz qripi”ndən

13 Yanvar 2016 13:54 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz feysbuk səhifəsində məlumat verib: "41 yaşlı kişi xəstəliyı yoluxandan bir həftə sonra həkimə müraciət edib. Bu zaman onun vəziyyəti artıq ağırlaşmış olub. Həkimlərin 10 günlük səyləri nəticə verməyib", - deyə o, qeyd edib.

Xatırladaq ki, bu, Ermənistanda bu gün "donuz qripi"ndən ölənlərin sayı 2-yə çatıb. Səhər saatlarında 50 yaşlı Rafik Vardanyan da H1N1 virusundan ölmüşdü.

Aydan AXUNDOVA