Bahalaşan kənd təsərrüfatı məhsulları - Siyahı

13 Yanvar 2016 14:05 (UTC+04:00)
AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşmış, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.