“Donuz qripi” Türkiyəni cənginə alıb – Xəstə sayı 463-ə çatdı

13 Yanvar 2016 15:11 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi "donuz qripi" şübhəsi ilə xəstəxanalara 2905 xəstənin müraciət etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, müraciət edənlərin 463-ündə H1N1 virusu aşkar edilib. Həmçinin virusa yoluxanların arasında digər ölkələrin vətəndaşlarının olduğu da bildirilib.

Xatırladaq ki, bu günə kimi Türkiyədə 14 nəfər "donuz qripi"ndən ölüb.

Sevinc YASİNQIZI