İtkin düşmüş şəxsin asılmış meyiti tapıldı

13 Yanvar 2016 15:52 (UTC+04:00)

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Yanvarın 12-də "Şuşa şəhərciyi"ndə məskunlaşan 1967-ci il təvəllüdlü Quliyev Zəfər Salman oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün isə onun Ramana qəsəbəsi ərazisindəki ağaclıqda asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az