Medvedev: “Ən pis vəziyyətə hazır olmalıyıq”
13 Yanvar 2016 15:50 (UTC+04:00)
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, D.Medvedev neftin qiymətinin düşdüyü bir vaxtda hadisələrin inkişafının mənfi ssenarisinə hazırlaşmağa çağırıb.
Rusiya Baş naziri belə bir çağırışla bu gün baş tutan forumda çıxış edib. "Yığılmış ehtiyatlar cari ilin büdcəsinin balanslaşdırılmasına imkan verdi. Lakin neftin qiyməti bundan sonra da düşməyə davam etsə, büdcənin parametrləri dəqiqləşdirmə tələb edəcək. Bunu başa düşmək və pisə hazırlaşmaq lazımdır", - deyə D.Medvedev bildirib.
Rusiya Baş nazirinin sözlərinə görə, hazırda büdcənin optimallaşdırılmasının ən effektiv formasını seçmək lazımdır: "Siyasətimizin baza prinsipləri əvvəlki kimi qalmalıdır. Büdcə xərclərinin azaldılması, dövlət aparatına xərclərin azaldılması yolu ilə yaşamaq lazımdır".
Aydan AXUNDOVA