İntihar edən tələbənin atası prokurorluğa çağırıldı

13 Yanvar 2016 17:56 (UTC+04:00)
Bu sözləri Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.

Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.

Tələbənin yaxınlarının və atasının verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənilib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.

Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.

Modern.az