Dollar sabah neçəyə olacaq? - Məzənnə

13 Yanvar 2016 18:09 (UTC+04:00)

AMB-dən AzNews.az-a verilən məlumata görə, Mərkəzi Bankının sabah üçün USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dünən Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5682 manat olub.

Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank "Üzən məzənnə" rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.