Biz Ebola virusuna qarşı dərman qeydiyyatdan keçirmişik - Putin
13 Yanvar 2016 20:58 (UTC+04:00)
AzNews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə prezident Vladimir Putin hökümət nümayəndələri ilə görüşdə bildirib.
"Bizim yaxşı xəbərimiz var. Mən səhiyyə nazirini bu barədə ətraflı bəyanat verməsini xahiş edəcəm. Biz Ebola virusuna qarşı dərman qeydiyyatdan keçirmişik. Müvafiq yoxlamalardan sonra bu dərman bundan əvvəl tətbiq olunan dərman preparatlarından daha yüksək effektivliyə malik olduğunu göstərib", - dövlət başçısı qeyd edib.