Ev almaq istəyənlər üçün fürsət - VİDEO

13 Yanvar 2016 21:56 (UTC+04:00)

AzNews.az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb.

Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb.

Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir.

Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar.