Neft 2004-cü ildən bəri ilk dəfə - 30 dollardan aşağı düşdü

14 Yanvar 2016 00:04 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 30,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2% azalaraq 29,99 dollaradək düşüb.