Türkiyədə terror yenə can aldı - 5 ölü, 36 yaralı

14 Yanvar 2016 09:01 (UTC+04:00)

Baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

BBC-nin verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

APA.az