Tacikistanda zəlzələ - 5,2 bal

14 Yanvar 2016 09:14 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Düşənbə şəhərindən 377 km şərqdə Sarez gölü yaxınlığında yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.