“Donuz qripi”ndən ölənlərin sayı 11-ə çatdı – Ermənistanda

14 Yanvar 2016 10:37 (UTC+04:00)


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, virusdan növbəti ölüm halı "Erebuni" xəstəxanasında qeydə alınıb. Burada H1N1 virusundan müalicə alan 57 yaşlı Astxik Manvenyan ölüb. Xəstəxananın mətbuat katibi Şuşan Unanyan bildirib ki, ölən qadın həm də şəkər diabeti xəstəliyindən əziyyət çəkib.

Bununla Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 11-ə çatıb.

Aydan AXUNDOVA